Abşeron dairəvi dəmir yolunda müxtəlif elektron ödəniş üsullarından istifadə mümkün oldu

Abşeron dairəvi dəmir yolu xətti üzrə “Visa” bank kartlarına bağlanmış “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları ilə səfər etmək mümkündür.

Metbuat.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.

“Əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək”, - məlumatda qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı