Nilufar Xojimurodova ulduzu parlayanlardan oldu

Hər bir qadının cazibədarlığı onun baxışlarından başlayır. Qaşlar insan simasınaifadə verən önəmli detaldır.

Qaşlarımız da saçlarımız kimi genetik və bir sıra xarici təsirlərə məruz qalır. Bu gün qalıcı makiyaj tətbiqlərinin artması qaşlar üçün də həll yolu təqdim edir. Microblading bu qəbil prosedurlardan biri olaraq qaşlara dolğun görünüş verərək ifadəni gücləndirir.

Özbəkistanda bu prosedurun mütəxəssislərindən biri də Nilufar Xojimurodovadır.

Peşəkar qaş ustası fərqli texnikası və bacarığı ilə özbək qadınların gözəlliyinə gözəllik qatır.

Gözəllik sektoruna ilk dəfə 23 yaşında qədəm qoyan Nilufar Xojimurodova microblading prodsedurunun sirlərini öyrənib və onu təcrübəsində uğurla tətbiq edir. O Browvistika və Leshmaker vasitələrindən istifadə edərək 3D formatında “Ice doll effect dolls”, "5Dface" & "Barbi effekti" texnikalarının müəllifidir. 25 il bu sahədə fəaliyyət göstərən kosmetoloq hazırda öz mərkəzində fəaliyyət göstərir.

Uğurlu iş xanımı öz fəaliyyəti ilə türk qadınına motivasiya mənbəyidir.

Nilufar Xojimurodova 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı