“ChatGPT”dən mühüm yenilik - Hələlik Azərbaycanda...

“Microsoft” tərəfindən dəstəklənən süni intellekt şirkəti olan “OpenAI”, “ChatGPT” tətbiqinin Android versiyasını istifadəyə verib.

Metbuat.az xəbər verir ki, “OpenAI”, “ChatGPT” tətbiqinin Android versiyasını istifadəyə verməklə “chatbotlar”ın əlçatanlığını genişləndirib. Məlumata görə, bundan əvvəl “ChatGPT” “iOS” tətbiqlərində əlçatan idi. Bildirilir ki, “OpenAI” veb saytından kənarda ilk dəfə olaraq bütün dünyada istifadəçilər üçün əlçatan olub. “ChatGPT” Android proqramı istifadəçilərinə tarixçəsini cihazlar arasında sinxronlaşdırmaq, səsli daxiletmə, ani cavablar, təkliflər, e-poçt və ya təqdimat qaralamaları və s. üçün “chatbot”a sürətli giriş kimi bir sıra imkanlar verir. “OpenAI”nin daxili səs tanınmasından istifadə edərək, istifadəçilər suallar vermək, cavablar almaq və müxtəlif mövzularda kömək almaq üçün süni intellektlə qarşılıqlı əlaqə qura bilərlər. “ChatGPT Plus” proqramının istifadəsi üçün azı Android 6.0 versiyası tələb edilir və abunəçilər ehtiyaclarına uyğun olaraq “GPT-3.5” və “GPT-4” dil modelləri arasında keçid edə bilərlər.

Hansı ölkələrdə istifadə etmək mümkündür?

“ChatGPT” tətbiqinin Android versiyasını hələlik bütün ölkələrdə istifadə etmək mümkün deyil. Ölkəmizdə və Türkiyədə hələlik “ChatGPT” tətbiqinin Android versiyası əlçatan deyil. “ChatGPT” tətbiqinin Android versiyası hələlik Braziliya, Banqladeş, Hindistan, ABŞ, Argentina, Kanada, Almaniya, Fransa, İndoneziya, İrlandiya, Yaponiya, Meksika, Filippin, Nigeriya, Böyük Britaniya və Cənubi Koreyada mövcuddur. “OpenAI” ölkələrin sayını artırmağı planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı