Prezident Fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 fevral tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, Fərmana əsasən, aşağıdakı dəyişikliklər edilib:

1. “Ramiz Mehdiyev” sözləri “İsa Həbibbəyli” sözləri ilə əvəz edilsin.

2. “Əbülfəs Qarayev” sözləri “Adil Kərimli” sözləri ilə əvəz edilsin.

3. “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri ilə əvəz edilsin.

4. “Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri” sözləri “Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri” sözləri ilə əvəz edilsin.

5. “İbrahim Quliyev” sözləri “Arif Həşimov” sözləri ilə əvəz edilsin.

6. “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti” sözləri “İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri ilə əvəz edilsin.

7. “Ömər Eldarov” sözləri “Natiq Əliyev” sözləri ilə əvəz edilsin.

8. “Natiq Əliyev – Xalq rəssamı” sözləri “Ömər Eldarov – Xalq rəssamı” sözləri ilə əvəz edilsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı