Musa Qurbanlı oynadı, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Konfrans Liqasına məğlubiyyətlə başlayıb.

Metbuat.az-ın məlumatına görə, Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.

Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə Yoel Asoro ilə əvəzlənib. 21 yaşlı forvard meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR