Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 30-u gündüzədək davam edəcək.
Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 31-i və avqustun 01-də havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.