Aparıcı Vüsalə Əlizadə qızı Diləklə birlikdə İstanbulda istirahət edir.
Metbuat.az xəbər verir ki, qızı ilə tətil görüntülərini paylaşan aparıcı bunları yazıb:
"Bu gün və keçmiş" adlı fotoçalışma təqdim edirik. 2019 və 2023-cü il. Mənim dünyamın vazkeçilməzi, can parçam, gözəl qızım, hansı ara belə böyüdün, boyun boyuma çatdı, maşallah. Bu illər mənə çox bədəllər ödətsə də, neçə sınaqlardan yıxılıb-qalxıb, üzüağ çıxsam da yaxşı ki, varımsan, həyat eşqim. Səni verən Allahıma sonsuz şükürlər olsun".