Arda Gülər uzun müddətə sıradan çıxdı - Bu vaxt qayıdacaq

Zədə səbəbindən "Real Madrid"in düşərgəsini tərk edərək müalicə üçün İspaniyaya qayıdan Arda Gülər uzun müddətə sıradan çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Marca" nəşri yazır. Məlumata görə, türk ulduzun müalicəsi ən azı 3 ay davam edəcək.

Bildirilir ki, duruma görə müddətin 5 aya qədər uzana bilmə ehtimalı var.

Qeyd edək ki, Arda Gülər məşq zamanı zədələnib və bu səbəbdən yoxlama oyunlarında debüt edə bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR