"Real"dan Arda Gülərlə bağlı pis xəbər

“Real Madrid”in həkimləri müalicəsi üçün klubun ABŞ düşərgəsini tərk edərək İspaniyaya qayıdan Arda Gülərlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, “Marca” qəzetinə danışan həkimlər bildirib ki, məşq zamanı zədələnən 18 yaşlı futbolçu tezliklə meydana qayıtmayacaq. Hətta onun bu il yaşıl meydanlardan uzaq qala biləcəyi deyilir.

"Oyunçumuz Arda Gülərin sağ dizinin daxili menisküsündə zədə olduğu təyin olunub. Oyunçu Madridə gedərək xüsusi müalicəsini davam etdirir. Arda Gülərin menisküs zədəsi ciddidirsə, menisküsün tikilməsi lazımdır. Bunun üçün 5 ay müalicə lazımdır. Əgər menisküs zədəsi ciddi deyilsə, alternativ üsullarla müalicə prosesi üç ay çəkir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı