Fransa Nigerə bütün maliyyə yardımlarını dayandırdı

Nigerdə baş verən hərbi çevrilişdən sonra Fransa bu ölkəyə bütün maliyyə yardımlarını dayandırdığını bəyan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi açıqlama verib. O bildirib ki, Fransa Nigerə bütün yardımları və büdcə dəstəyini dayandırıb. Bəyanatda həmçinin qeyd olunub ki, Fransa Nigeri devrilmiş prezidenti Məhəmməd Bazum dövründə konstitusiya quruluşuna qayıtmağa çağırıb.

Qeyd edək ki, Nigerdə devrilmiş hakimiyyət Fransa ilə əməkdaşlıq edirdi. Hərbi çevriliş edən qüvvələr isə Rusiya tərəfdarlarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı