Dövlət Xidməti 1,5 milyona yaxın elektron poçtu blok edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci yarımil ərzində ümumilikdə 16 mln. 993 min elektron poçt emal edilib.

Metbuat.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 15 mln. 577 mini istifadəçilərə çatdırılıb, 1 mln. 416 mini zərərli tərkibli olması səbəbilə blok edilib.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı