Azərbaycan və Türkiyə XİN başçıları bu məsələləri müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.

C.Bayramov və H.Fidan həmçinin iqtisadi və enerji sahəsindəki əməkdaşlığı, TANAP layihəsini, yeni geosiyasi reallıqları müzakirə ediblər.

“Güclü Türkiyə güclü Azərbaycandır. Güclü Azərbaycan güclü Türkiyədir”, - paylaşımda bildirilib.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniştərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı