"Real"dan Arda ilə bağlı sürpriz qərar - Lisenziyası dayandırılır

“Real Madrid” Arda Gülerin lisenziyasını 2024-cü il yanvarın 1-dək dondura bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat verib. Bildirilib ki, klubun ABŞ düşərgəsində zədələnən Ardanın 3 ay meydanlardan uzaq qalacağı gözlənilir. Dizindəki menisk zədəsi səbəbiylə Arda Gülerin cərrahi müdaxiləsiz müalicəsinin təxminən 3 ay çəkəcəyi bildirilib. Müalicəyə üstünlük verilərsə, gənc futbolçu noyabrın əvvəlində meydana qayıda bilər. Ancaq xatırladılıb ki, 18 yaşlı futbolçu zədə səbəbindən əməliyyat olunsa, meydanlardan uzaq qalma müddəti 5 ay olacaq.

Bunun Arda Gülərin yanvara qədər oynaya bilməyəcəyi anlamına gəldiyi vurğulanıb. Buna görə də “Real Madrid”in kvota üçün Ardanın müqaviləsini yanvar ayına qədər dondura biləcəyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı