İstanbul nəhəngindən fantastik transfer: Razılıq əldə edildi

“Qalatasaray” PSJ-dən ayrılan əfsanəvi oyunçu Serxio Ramosu transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki,bu barədə “Haber Global”ın əməkdaşı jurnalist Fatih Demirkol məlumat verib. O bildirib ki, “Qalatasaray” Ramosu razı salıb. Dəmirkolun məlumatına görə, Ramos transfer olunacağı təqdirdə “Qalatasaray” Viktor Nelssonu klubdan göndərəcək. Bildirilir ki, bununla bağlı artıq danışıqlar gedir.

Qeyd edək ki, 37 yaşlı Ramos geridə qoyduğumuz mövsümdə PSJ-də 45 matçda meydana çıxıb və bu qarşılaşmaların 42-də ilk 11-də başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR