Lənkəranda 88 ağacın kəsilməsinə görə cinayət işi başlandı

Lənkəran rayonunun Ürgə kəndi ərazisində yerləşən “Shibagro” MMC-yə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən su kanallarının mühafizə zolağında ağacların kəsilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, Lənkəran rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla MMC-nin direktoru Xətai Babayevin göstərişi əsasında qeyd olunan ərazidə 88 ədəd müxtəlifcinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 18 min 880 manat ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı