İqbal Ağazadənin partiyası qeydiyyata alınmadı

Ədliyyə Nazirliyi Ümid Partiyasının təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkarlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın sədri İqbal Ağazadə məlumat verib.

Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5200 nəfər üzvün məlumatlarını təqdim edib. Lakin onlardan bəziləri barədə informasiyalar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib.

"100-dən artıq şəxs partiya üzvü olmadığını bildirib, 33 nəfərin telefon nömrəsi düzgün göstərilməyib və s. 30 gün müddətində bu çatışmazlıqları aradan qaldırıb, siyahını yenidən təqdim etməliyik. İşçi qrupumuz rayon şöbələri ilə birgə çalışmalara başladı, yaxın günlərdə yekun siyahımızı yenidən Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə təqdim edəcəyik", - deyə partiya sədri vurğulayıb.

Qeyd edək ki, qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı