Bakı Xankəndiyə gedən yolun təmirinə başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə AZTV görüntülər yayıb.
Qeyd edilib ki, təmir işləri sürətlə davam edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərib.