Avqustun ən şanslı 3 bürcü - Pul, sevgi, karyera

Astroloqların proqnozuna görə bəzi bürclərin avqustda bəxti gətirəcək.

Metbuat.az xəbər verir ki, işləri yolunda gedəcək bürclərdən biri Oxatandır. Avqustda Ay Oxatan bürcünə keçid etdikdən sonra Oxatanlar üçün şans qapısı açılacaq.

Planeti Yupiter olan Oxatanların həyatına bolluq gələcək. Bu ayda onlar maraqlı təcrübələr və sərgüzəştlər üçün zəngin fürsətlər yaxalayacaqlar.

Avqust ayında şanslı olacaq başqa bir bürc Şir bürcü olacaq. Özünə olan inamı ilə uğurdan-uğura qaçan Şir bürcünün nümayəndələri avqust ayında mənəvi zənginlik yaşayacaqlar.

Hiss etdiklərini söyləməkdə çox rahat olan Şirlər cazibədarlığı ilə yanaşı, ümumi olaraq istədiklərini əldə etməkdə də son dərəcə müvəffəqiyyətli olacaqlar.

Həyatlarında zənginliyi, gözəlliyi və rahatlığı təcəssüm etdirən Buğa bürcü də bir neçə gündən sonra qəlblərində yaranan boşluğu doldura biləcəklər. Onların uzun müddətdir qaranlıqda qalan ruhları arzuladığı maddi zənginliyə çatacaq. Bir qədər hiyləgər olan Buğalar maddi vəziyətlərini yaxşılaşdırmaq üçün də uğurlu addımlar atacaqlar.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR