Kremli sarsıdan xəyanət iddiası - Sevgilisi Putini bu şəxslə aldadıb

Bir müddətdir Rusiya Prezidenti Vladimir Putinlə gizli eşq yaşadığı iddia edilən keçmiş gimnast Alina Kabayeva ilə bağlı təəccüblü iddia ortaya atılıb.

Metbuat.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə “Telegram”da “General SVR” adlı qrupda paylaşılıb. Kabayevanın mühafizəçisi ilə münasibətdə olduğu iddia edilib. Məlumata görə, Putin məsələdən xəbər tutsa da, susub. Bildirilir ki, 70 yaşlı Putindən uşaqları olduğu iddia edilən Alina Kabayeva mühafizəçisinə aşiq olub. "Bu münasibət bir müddətdir ki, davam edir. Putin son vaxtlar Kabayevaya məhəl qoymur və eyni evdə olsalar belə, onu görmək istəmir", - yazıda deyilir.

Ukraynanın "Obozrevatel" saytının iddiasına görə, Putin Kabayevanın aşiq olmasından xəbər tutsa da, onun yeni sevgilisinin adını belə soruşmayıb. Putinin hadisəyə reaksiya vermədiyi iddia edilib. “Alinanın yeni sevgilisi barədə təfərrüatları və adını belə soruşmadı. O, heç bir reaksiya vermədi. Putinin yaxın işçiləri bir müddətdir ki, bu dramı izləyirlər”, - xəbərdə deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı