Dollara tələb kəskin artdı: Manatın məzənnəsi dəyişəcək?

"Dollara olan tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar. Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar tələbin artmasıdır".

Metbuat.az bildirir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırnışdır:

"Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır. Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür.

Bəs bu manat üçün hansısa təzyiq və məzənnə dəyişikliyi üçün zərurət yarada bilərmi?

Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyim amillər 1-2 aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də, hər hansı bir ciddi təzyiqdən söhbət gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı