“Real Madrid” bu futbolçunu satışa çıxardı - FOTO

“Real Madrid” ukraynalı qapıçı Andrey Lunini satmağa hazırlaşır.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, “Kral klubu” futbolçu üçün transfer məbləği müəyyənləşdirib. İspaniya nəhəngi onu səkkiz milyon avroya satmağı düşünür.

24 yaşlı ukraynalı müqaviləsinin sonuna - 2024-cü ilin yayına qədər “Real Madrid”də qalmaq niyyətindədir.

Qeyd edək ki, futbolçu ABŞ-yə mövsümöncəsi turne zamanı komandanın qapıçılar üzrə məşqçisi ilə dalaşıb. Bu səbəbdən o, növbəti mövsüm üçün heyətdə düşünülmür.

Lunin 2018-ci ildə 8,5 milyon avroya Madrid klubuna keçib. O, ötən mövsüm 12 oyuna çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR