İspaniya 1-ci, Azərbaycan 29-cudur

“Qarabağ” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə edərək buna nail olub.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Xorvatiya, Latviya, Lüksemburq və Şimali Makedoniyanın irəliləməsinə, Yunanıstan, İrlandiya, Finlandiya, Ermənistan, Malta, Monteneqro, Uels və Andorranın isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR