Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putini özünün müəllimi adlandırıb.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, Peskov deyib ki, işlədiyi uzun illər ərzində o Putindən çox şeylər öyrənib:
"Mənim həyatda bəxtim gətirib. 20 ildir ki, özümə müəllimim bildiyim bir insanla ünsüyyətdəyəm. Mən Putini nəzərdə tuturam. Onun apardığı siyasəti izləmək, maraqlarını öz nöqteyi-nəzərini müdafiə etməsi, mübahisədən istifadə etmə tərzi, həmsöhbətlərini inandırması mənim üçün əvəzolunmaz təcrübədir",- deyə Peskov qeyd edib.
Kremlin sözçüsü gələcəyin informasiya müharibələrindən də danışıb. Peskovun sözlərinə görə, 10-20 ildən sonra informasiya müharibələri daha çox texnoloji xarakter daşıyacaq.
Xatırladaq ki, aprel ayında Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin ətrafında birləşməyi Rusiyada əsas ictimai əhval-ruhiyyə kimi təqdim etmişdi.