Castin Trüdo həyat yoldaşından boşandı

Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi Qrequar Trüdo boşanmaq qərarına gəliblər.

Metbuat.az xəbər verir ki, Trüdo sosial media hesabında 18 illik evliliyinin bitdiyini açıqlayıb. Trüdo sosial media hesabında mənalı və çətin söhbətlərdən sonra ayrılmağa qərar verdiklərini yazıb. Sofi Qrequar isə hesabında yazıb:

"Həmişə olduğu kimi, biz bir-birimizə və qurduğumuz və qurmağa davam edəcəyimiz hər şeyə dərin sevgi və hörmətlə yanaşan yaxın bir ailə olmağa davam edirik".

Qeyd edək ki, Trüdo cütlüyünün 18 illik evliliklərindən 15 yaşlı Ksavye, 14 yaşlı Ella-Qreys və 9 yaşlı Hadrien adlı üç övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR