Daha bir partiya qeydiyyata alınmadı

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabı verib.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın sədri Pənah Hüseyn "Facebook" profilində yazıb. O qeyd edib ki, siyahıda imzası olan 2676 nəfərin partiya üzvü olduğu təsdiq edilib:

"3178 üzv barədə isə dəqiqləşdirmələr aparılır. 73 nəfərin vəfat etdiyi müəyyən edilib. 337 nəfərin başqa partiyaların üzvü olduğu məlum olub. 29 nəfər 18 yaşına çatmamış şəxs kimi qiymətləndirilib, 146 nəfərin adı təkrar qeyd olunub. 171 nəfər isə AXP üzvü olmadığını deyib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı