"Həyat yoldaşımla aramızda bağlılıq var" - Həmidə Ömərova

"Əsl sevgi var. Bəzən insan sevir, amma qədrini bilmir. Gəncliyi, səhvi ucbatından böyük səhv edir. Amma ömrüboyu peşmançılığını çəkir".

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "Xoş gəldim" verilişində deyib. Aktrisa sevgidən danışıb. O, aparıcının "Neçə dəfə sevmisiniz. Deyir" sualına belə reaksiya verib:

"Biri var istək, biri də var sevgi. Mən bir dəfə sevmişəm. Həyat yoldaşım Ağa ilə aramızda bağlılıq var. Ailə bağlılığı başqadır. Evdə bəzən mənim, bəzən isə həyat yoldaşımın sözü keçib. Amma ən çox həyat yoldaşımın sözü keçib. Amma indi son qərarı övlad verir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı