Deputatın partiyası qeydiyyata alınmadı - Siyahıda ölü şəxslərin adları var

Milli Cəbhə Partiyasının (MCP) yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın sədri, deputat Razi Nurullayev məlumat yayıb.

O qeyd edib ki, 5396 nəfər üzvlərin məlumatı Nazirliyə göndərilib:

"Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur. 90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir. 210 nəfər MCP üzvü olmadığını deyib (bu məsələni araşdırarıq), 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib (bu təbiidir, çünki ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər). Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik".

Onun sözlərinə görə, təqdim edilən 5396 nəfərdən 3504 nəfər qəbul edilib:

"845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək bu günə aşağı-yuxarı 4349 nəfər var. Hərçənd ki, bizim əlimizdə hələ 2015-ci ildən qalan üzvlər siyahısı var. Onları tam saf-çürük edə bilməmişdik və proses davam edirdi. Yəni biz oturub Ədliyyə nazirliyinin nə deyəcəyini gözləmirdik və bu zaman ərzində partiya mənsubları ciddi işləyib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı