"İphone 15" bu tarixdə satışa çıxacaq

“Apple” yeni “iPhone 15” telefonlarını sentyabrın 13-də təqdim edəcək.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, “Apple” adətən “iPhone”ları sentyabrın ortalarında, çərşənbə axşamı və ya çərşənbə günü təqdim edir. İddiaya görə, işçilərə sentyabrın 13-də “vacib smartfon elanı” səbəbilə məzuniyyətə çıxmamaq barədə məlumat verilib.

İddia şirkət tərəfindən təsdiq edilməyib. Yeni "İphone"lar üçün sifarişlərin 15 sentyabrda başlayacağı güman edilir. Pərakəndə satış isə 22 sentyabrda olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR