Makron özündən çıxdı - "Axı sən bunu bilməli idin"

Fransa Prezidenti Emmanuel Makron Qərbi Afrika ölkəsi Nigerdə hərbi çevrilişi qabaqcadan proqnozlaşdıra bilməyən xarici kəşfiyyat qurumunun rəhbəri Bernard Emieni danlayıb.

Metbuat.az xəbər verir ki, Fransa lideri qeyd edib ki, Bernard Emie Nigerdə çevrilişi qabaqcadan proqnozlaşdırmalı idi. Emie isə iddia edib ki, Nigerdə mümkün çevriliş barədə xəbərdarlıq etsə də, hökumət tərəfindən məhəl qoyulmayıb. Fransa mətbuatı yazıb ki, Makron 64 yaşlı kəşfiyyat rəhbərini işdən çıxarmağı düşünür. Makron Nigerdəki çevrilişindən sonra Yelisey sarayında müdafiə rəsmiləri ilə növbədənkənar iclas keçirib.

Qeyd edək ki, Niger, uran ehtiyatları ilə Fransa üçün iqtisadi əhəmiyyət kəsb edən ölkə kimi seçilir. Hərbi çevrilişin Rusiya tərəfindən təşkil edildiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı