ANAMA-nın yubiley medalı təsis edildi

Minatəmizləmə Agentliyinin 25 illiyi ilə bağlı yubiley medalı təsis edilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda edilən dəyişikliyi təsdiq edib. Qanuna əsasən, bu medalla minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Yubiley medalı döşün sol tərəfinə, digər orden və medallardan sonra taxılır.

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 millimetr olan lövhədən ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR