Bolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir

Bolqarıstan Müdafiə Nazirliyi ölkəsinin ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək "Trakya Yayı - 2023" hava qüvvələri təlimi keçirdiyini açıqlayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə aşağı hündürlükdə taktiki uçuşlar, orta və aşağı hündürlükdə qrup uçuşları, paraşütlə hərəkətlər, terrorçu qrupların zərərsizləşdirilməsi, tibbi təxliyə kimi imitasiya hərəkətləri daxildir.

Təlim proqramı şəxsi heyətin yerdəyişməsi üçün avqustun 5-də uçuşların həyata keçirilməsini nəzərdə tutur. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarələri avqustun 7-də Bolqarıstana eniş edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı