Rusiyalı müğənni Lada Dens Podolskda qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, sənətçi taksi ilə ziyafətdən qayıdarkən ağır qəza keçirib. Belə ki, üç avtomobilin toqquşması nəticəsində müğənni kəllə-beyin travması və onurğa zədəsi alıb.

Dens helikopterlə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.