Siqaret hansı səbəbdən bahalaşdı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiymətlərində 10-20 qəpik artım müşahidə edilir. Satıcılar bildirirlər ki, qiymətlər firmalar tərəfindən qaldırılıb.

Bu barədə Metbuat.az-a danışan "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib ki, ölkədə tütün məmulatlarına əlçatanlıq azaldılmalı, həmçinin qaçaqmalçılıq hallarının qarşısı alınmalıdır:

"Azad İstehlakçılar Birliyi" olaraq biz hökumətin tez-tez aksiz aksiz dərəcələri ilə bağlı dəyişikliklər edilməsi qərarını da dəstəkləyirik. Təəssüf ki, ölkəyə siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi halları da çoxalıb. Bu da dövlət büdcəsinə ziyan vurur. Hökumət elə bir addım atmalıdır ki, qaçaqmalçılıq azalsın. Qiymətin artması həm də tələbatın artması ilə əlaqədardır. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya”sına görə, ölkədə siqaretin 10 faiz azaldılması mühüm hədəf kimi qoyulub. Lakin bu hədəfə nail olmaq da bir qədər çətindir ".

Ekspert hesab edir ki, bahalaşmaya quru sərhədlərin bağlı olması da səbəb ola bilər:

"Siqaretin bütün növləri pisdir. Daha pisi isə standarlara uyğun olmayan istehsal olunan siqaretlərdir. Bahalaşmanı tələbin artması ilə izah etmək olar. Ola bilər ki, quru sərhədlərin bağlı olmasına görə, yol xərcləri artıb. Siqaretlərin bahalaşması ilə qəlyan, elektron siqaretlər inkişaf edir. Bunun da sağlamlığa ciddi ziyanı var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı