Koronavirusun yeni variantı yayılır - "Barbie" və "Oppenheimer" filmləri səbəb olub?

İngiltərənin paytaxtı Böyük Britaniyada koronavirusun yeni variantı Eris (EG.5.1) yayılmağa başlayıb.

Metbuat.az xarici mediyaya isinadən xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına (UKHSA) görə, ölkədə hər 7 nəfərdən biri Eris variantına yoluxub.

Hazırda Böyük Britaniyada Erisə yoluxanların 39,4 faiz təşkil etdiyi qeyd edilib. Mütəxəssislərə yoluxmaya səbəb kimi son günlər - iyulun 21-də "Barbie" və "Oppenheimer" filmlərinin nümayişə başlamasını görüblər. Belə ki, filmi izləmək üçün milyonlarla insanın kinoteatra axını, onların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artmasına təsir edib.

Qeyd edək ki, İngiltərədə iyulun 4-də 606 min 656 olan təxmin edilən yoluxma sayı 27 iyulda 200 min artaraq 785 min 980-ə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı