Qriqoryan iranlı həmkarı ilə əməkdaşlığı müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qriqoryan özünün sosial media hesabında məlumat yayıb.

Qriqoryan Əhmədianini İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə başlaması münasibətilə təbrik edib.

"Telefon danışığı zamanı həmsöhbətimlə Ermənistan-İran iqtisadi əməkdaşlığı, eləcə də gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı