DİM dövlət qulluqçusu olmaq istəyənlərə müraciət etdi

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə avqustun 13-də imtahan verəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı