Rusiya Ukraynanın qisasını belə aldı - Hədələr boşa çıxdı

Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi Nigerə hərbi müdaxilə etməyə hazır deyil.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin yüksək səviyyəli komandiri açıqlama verib. “Wall Street Journal”ın məlumatına görə, təşkilatdan bildirilib ki, təşkilat qüvvəsini artırmalı və Nigerə iqtisadi təzyiqi gücləndirməlidir. Məlumata görə, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi sanksiyalara beynəlxalq təşkilatları da cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi Nigerdə hərbi çevrilişi təşkil edənlərə geri çəkilmək barədə xəbərdarlıq etmişdi. Təşkilat hakimiyyətin təhvil verilməyəcəyi təqdirdə Nigeri hərbi müdaxilə ilə hədələmişdi.

Devrilən hakimiyyət Qərbə yaxınlığı ilə bilinirdi. Çevrilişi təşkil edənlərin isə Rusiya tərəfdarı olduğu deyilir. Nigerdəki hadisələr Rusiyanın Qərb üzərindəki qələbəsi kimi şərh edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı