Emin Əmrullayev haradadır?

Ötən gün Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə bağlı rəsmi tədbirlərdə iştirak etməməsi cəmiyyətdə, xüsusilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Nazirin səhhətində ciddi problemlərdən tutmuş, postundan yola salınması kimi fikirlər ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, AzEdu.az saytı Elm və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri nəticəsiz qalıb.

Amma nazirliyə yaxın etibarlı mənbə yuxarıda qeyd edilən məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Hazırda Emin Əmrullayev məzuniyyətdədir. Məhz buna görə də o, rəsmi tədbirlərdə iştirak edə bilməyib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı