Rusiya Cənubi Koreya ilə atom elektrik stansiyaları tikir

Uqanda prezidenti Yoveri Museveni Rusiya və Cənubi Koreyanın atom elektrik stansiyalarının tikintisinə başlayacağını açıqlayıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, o, ölkəsində tikiləcək atom elektrik stansiyaları ilə bağlı Rusiya və Cənubi Koreya ilə danışıqların davam etdiyini bildirib.

İki ölkənin 15 min meqavat gücündə 2 nüvə stansiyası inşa edəcəyi qeyd olunub.

Həmçinin Rusiya-Afrika Zirvə Toplantısında Uqanda ilə Rusiyanın atom elektrik stansiyası layihəsi ilə bağlı müqavilə imzaladığı açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı