"Rusiya Qərb sərhədlərini gücləndirəcək".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarənin kollegiyasının iclasında edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının eyni vaxtda gücləndirilməsi ilə Leninqrad və Moskva hərbi dairələrinin yaradılması ilə bağlı məsələlərə də baxılacaq.
Şoyqu çıxışı zaman Polşanın irimiqyaslı silah almağa başlaması məsələsinə də fikir bildirib. O qeyd edib ki, Polşanın ABŞ, İngiltərə və Cənubi Koreyadan irimiqyaslı silah almağa başlaması Rusiya üçün risk təşkil edir və bu addım ilə Polşa ABŞ-ın anti-Rusiya siyasətində oyunçuya çevrilə bilər.