Qubad İbadoğlunun şikayətinə baxılacaq

“Sabah saat 15:00-da Nərimanov rayon məhkəməsində Qubad İbadoğlunun qeydiyyatda olduğu mənzildə aparılmış axtarışdan verdiyim şikayətə baxılacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə Q.İbadoğlunun vəkili Zibeydə Sadıqova məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilib. Onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı