Saakaşvilinin vəziyyəti ağırlaşdı

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin vəziyyəti yenidən pisləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman aparatı məlumat yayıb.

Bildirilir ki, o, aclıq aksiyası keçirir. Ombudman tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı “Vivamed” klinikasının sənədlərini təhlil edib və qiymətləndirmə aparıb.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı