Türkiyə ordusunun İraqın şimalında yaralanan hərbçisi bu gün şəhid olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ötən ayın 21-də İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı yaralanan çavuş Ege Süleyman Görece xəstəxanada vəfat edib.
Qeyd edək ki, indiyə kimi “Pençe-Kilit” əməliyyatında 6 hərbçi şəhid olub.