Bayden Çinə "sataşdı": "Saatlı bombaya bənzəyirlər"

ABŞ prezidenti Co Bayden Çin haqqında xoş olmayan fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, Bayden Pekini pis şeylər etməsi gözlənilən pis adamlar adlandırıb. Bu fikirləri ABŞ prezidenti 2024-cü ildə reallaşması planlaşdırılan təkrar seçki kampaniyası üçün keçirilən ianə toplantısında deyib:

Bayden qeyd edib ki, Çin bir çox cəhətdən saatlı bombaya bənzəyir. Onun sözlərinə görə, iqtisadi problemlərlə, o cümlədən yüksək işsizliklə üzləşən Çin rəhbərliyi ilə rasional münasibətlərin baş tutacağına ümid edir.

Qeyd edək ki, Çin və ABŞ arasında münasibətlər son dərəcə gərgin mərhələdədir. Dövlət katibi Entoni Blinkenin 18-19 iyun tarixlərində Pekinə səfəri fikir ayrılıqlarını yumşaltmaq məqsədi daşısa da, lakin qayıtdıqdan qısa müddət sonra ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə qarşı “diktator” sözünü işlətmişdi. Bu bəyanat Pekində kəskin hiddət doğurdu və Vaşinqtonu ikiüzlülükdə qınanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı