ÜDM-nin həcmi açıqlandı

2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artıb.

ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı