Koronavirusun yeni ştamı bu ölkədə də yayılır

Fransada COVID-19-un “Omikron” variantının alt törəməsi olan “Eris” (EG.5.1) sürətlə yayılmağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Fransız Radiosu (RFI) məlumat verib.

Məlumata görə, Fransa Xalq Sağlamlığı Təşkilatının açıqlamasında qeyd edilib ki, “Eris”ə yoluxma hallarının artımı bütün bölgələrdə müşahidə edilir, lakin məşhur tətil bölgələrində yoluxma daha çoxdur.

Vurğulanıb ki, Fransada son günlərdə COVID-19-la bağlı şübhəli yoluxma halları 15-74 yaşlı şəxslərdə əvvəlki həftəyə nisbətən 25 faiz artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı