Bunu tez anlamaq İrəvanın özü üçün lazımdır - Deputat

"İrəvanın başqa alternativlər axtarmağa çalışması isə Ermənistanın özü üçün yeni problemlər yaradacaq".

Metbuat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov öz paylaşımında qeyd edib. Onun sözlərinə görə, dünən gecə və bu gün səhər Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması Ermənistanın TIR şousunun bölgədəki vəziyyəti gərginləşdirməyə yönəldiyini bir daha təsdiq edir:

"Təəssüf ki, bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqələri və açıqlamaları Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir. Hər vəclə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçıran İrəvan isə çoxdan itirilmiş geo-siyası mövqelərinin bərpasına çalışsada artıq bölgədə dəyişilməsi mümkün olmayan yeni düzən formalaşıb.

Beləcə, Qafqaz yeni mərhələyə qədəm qoyur: ya tezliklə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını özündə ehtiva edən sülh müqaviləsinin bağlanması, ya da ziddiyyətlərin dərinləşməsi. Birinci variant bölgənin iqtisadi inkişafı baxımdan da vacibdir. Regionun inkişafı dayanıqlı sülhün əldə edilməsindən və kommunikasiyaların yenidən bərpasından keçir. İrəvanın başqa alternativlər axtarmağa çalışması isə Ermənistanın özü üçün yeni problemlər yaradacaq. Bunu daha tez anlamaq İrəvanın özü üçün lazımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı