Rusiyanın gizli planı üzə çıxdı: Bu ölkə ilə müttəfiq olurlar

ABŞ diqqətini Rusiyanın Ukraynada apardığı müharibəyə yönəltsə də, Kreml Yaxın Şərqdə təsir gücünü artırmağa çalışır. Regionun strateji əhəmiyyətli ölkəsi olan Livanla müttəfiqlik Rusiyaya liman və ticarət bazarlarına çıxış imkanı yaradacaq.

Metbuat.az bildirir ki, bu barədə “Nyusvik”də məlumat yer alıb. Məlumata görə, Livanın Aralıq dənizinə çıxışı olan ölkə olması Rusiyaya sanksiyalardan yan keçməyə yardım edəcək. Həmçinin beynəlxalq arenada onu dəstəkləyən daha bir ölkə qazanacaq.

Məqalədə Rusiyanın bu müttəfiqlikdə çata biləcəyi "rıçaqlar" belə sıralanıb:

- Moskvaya həmişə simpatiya bəsləyən nüfuzlu pravoslav icması;

- Qərbdən məyus olan və Putini inancın müdafiəçisi kimi qəbul edən xristian icmaları;

- Şərqi Avropa universitetlərinin məzunlarının böyük bir kontingenti, əsasən də keçmiş kommunistlər Rusiyanı hələ də “Qərb imperializmi”nə qarşı tarazlıq kimi görürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı