Zukerberq bir toyuqdur - Mask

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq, “X” sosial media platformasının sahibi İlon Mask ilə keçirəcəkləri “qəfəs döyüşü” barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İlon Mask döyüşə ciddi yanaşmır. Zukerberq Maska döyüş üçün tarix təklif etdiyini qeyd edərək, “Məncə, hamımız İlonun ciddi olmadığı ilə razılaşırıq” deyib. Maskın döyüşün vaxtı ilə bağlı qərar vermədiyini deyən Zukerberqin sözlərinə görə, Mask ona birgə məşq etməyi təklif edib.

Mask isə Zukerberqin açıqlamalarına "Zuck bir toyuqdur" deyə cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR