Ukrayna ordusu Baxmutda irəliləyir

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna ordusu Baxmut istiqamətində daha 3 kvadrat kilometr ərazini azad edib.

Metbuat.az xəbər verir ki, Malyar yerli televiziya proqramında çıxışında cəbhə xəttindəki vəziyyəti dəyərləndirib. Rusiya ordusunun Kupyansk və Port istiqamətlərində fəallaşdığını qeyd edən Malyarın sözlərinə görə, Moskvanın bu həmləsi Ukraynanın Baxmutdakı uğurlarına reaksiyasıdır.

Baxmut istiqamətinin cənub cinahında ümumi 40 kvadrat kilometr ərazinin azad edildiyini bildirən Malyar qeyd edib ki, düşmən Klişiyevka, Andriyevka və Kurdyumivkanın qərbindəki rayonlarda itirdiyi mövqeləri geri almağa çalışıb. Lakin Rusiya ordusunun hücumları uğursuz olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı